Tarix boyu beynəlmiləl şəhər kimi tanınan Bakı müxətlif zamanlarda dünyaya nüfuzlu siyasəçilər, istedadlı aktyorlar və təcrübəli idmançılar bəxş edib. Harri Kasparov da Bakının dünyaya bəxş etdyi belə məşhur yetirmələrdən biridir. Şahmatı möhtəşəm oynamaqla yanaşı, iti zehnə, dərin analitik biliyə və emisonal temperamentə malik Kasparov həm də qadın düşkünü kimi tanınıb.
Modern.az saytı bu yazıda məşhur şahmatçının şəxsi həyatına – yaşadığı eşq macəralarına nəzər salacaq.
Harri Kimoviç Vaynşteyn (Kasparov) 1963-cü il aprelin 13-də Bakıda mühəndis ailəsində anadan olub. Atası mənşəcə yəhudi Kim Vaynşteyn energetika mühəndisi, anası milliyətcə erməni Klara Kasparova isə avtomatika və telemexanika üzrə mütəxəssis idi.
Harrinin 7 yaşı olanda atası Kim Vaynşteyn xərçəng xəstəlyindən vəfat edib. Harrini anası Klara Kasparova böyüdüb. 1975-ci ildə SSRİ-də gizli antisemitizmin (yəhudilərə qarşı düşmənçilik) mövcud olması səbəbindən Klara Kasparova yaşına görə həddən artıq zəka nümayiş etdirən oğlu Harrinin umidverici şahmat karyerasını əngəlləməmək üçün aşkar yəhudi soyadı olan Vaynşteyni özünün qızlıq soyadı Kasparovla əvəzləyir. Harri Kasparov uşaq yaşlarında şahmata böyük maraq göstərir və müasir dillə desək, əsl vunderkind kimi yetişir. Onun fenomenal şahmat istedadı Bakı Pioner Sarayındakı şahmat dərnəyində özünü biruzə verir.
Bunun nəticəsi idi ki, Harri 15 yaşında SSRİ-nin ən gənc idman ustası və şahmat çempionatının ən gənc iştirakçısı olur. 18 yaşında isə SSRİ çempionu adını qazanır və ittifaq tarixində bu adı alan ən gənc şahmatçıya çevrilir.
1980-ci il Harri Kasparov üçün “qızıl il” kimi yadda qalıb. Belə ki, 17 yaşlı şahmatçı SSRİ yığmasının heyətində Avropa çempionu, Dortmundda 20 yaşa qədər gənclər arasında keçirilən Dünya Çempionatında qızıl medal qazanır və yenə SSRİ yığmasının heyətində Ümumdünya Olimpiadasının qalibi olur. Bakılı şahmatçının son zəfəri isə idmandankənar xarakter daşıyır – o orta məktəbi qızıl medalla bitirir.
Harrinin gələcək şahmat kareyrası barədə qısaca onu demək olar ki, o, 1985-ci il noyabrın 9-da bütün dünyanın və SSRİ-nin, xüsusən Azərbaycanın maraqla izlədiyi matçda dünya çempionu Anatoli Karpovu gərgin görüşdə 13:11 hesabı ilə məğlub edərək 22 yaşında şahmat üzrə dünya çempionu olur.
1980-ci illərin sonlarında Harri Kasparov Bakıdan Moskvaya köçür. O, Ermənistan-Azərbaycan münaqişəsi başlayanda böyüyüb boya-başa çatdığı Azərbaycana naxələf çıxaraq, ermənilərə tərəfkeşlik edir.
Kasparov dünya çempionu olandan sonra düz 15 il ərzində şahmat tacının qeyd-şərtsiz hakimi olub.
Yalnız 2000-ci ildə rusiyalı qrossmeyster Vladimir Kramnikə məğlub olaraq çempionluğu əldən verir. Buna baxmayaraq, o, 2005-ci ilə qədər aktiv oyunçu kimi şahmat turnirlərində gücünü sınayıb. Lakin elə həmin il də professional idmançı karyerasına son verdiyini və özünü aktiv siyasətə həsr etdiyini bəyan edib.
Heç zaman prezident Vladimirm Putin hakimiyyəti ilə yola getməyən Harri Kasparov 42 yaşında “Vahid vətəndaş cəbhəsi” hərəkatının sədri kimi Rusiya müxalifətinin sıralarına qatılıb. Bir sıra müxalifət bloklarına üzv olsa da, 2013-cü ilin iyununda Putin rejiminin ona siyasi fəlaliyyət göstərmək üçün dözülməz şərait yaratdığını əsas gətirərək, Rusiyanı tərk edir və Latviyadan siyasi sığınacaq alır.
Harri Kasparov anası Klara Kasparova ilə
Hazırda mərkəzi Nyu-York şəhərində olan “İnsan hüquqlarının müdafiəsi fondu”na rəhbərlik edən dünya şahmatının canlı əfsanəsi Harri Kasparov Vladimir Putin hakimiyyətinin ən sərt tənqidçilərindən biri kimi tanınır.
Harri Kasparov mətbuata çoxsaylı müsahibələrində yeniyetməlik çağlarından gözəl qadınlara qiymət verdiyini etiraf edib. O, ilk dəfə 16 yaşında aşiq olduğunu, lakin ilk çılğın sevgi macərasını 21 yaşında yaşadığın deyib. Həmin vaxt Karpovla dünya şahmat tacı uğrunda final görüşünə hazırlaşan Kasparov 37 yaşlı aktrisa Marina Neelova ilə tanış olub. Görüş SSRİ-nin fiqurlu konkisürmədə əsas medal ümidi olan Tatyana Tarasova ilə onun pianoçu əri Vladimir Kraynevin mənzilində baş tutur. Qısa zamanda iki fərqli peşə insanı arasında hislər baş qaldırır.
Onların 2 illik sevgi münasibətləri Sovet cəmiyyəti və şahmatçının anası Klara Kasparova üçün əsl şok idi. Öz xatirələrində Harri Kasparov özü ilə həmyaşıd olan qızların yalnız ərə getmək barədə düşünməsinin onu sıxdığını və yaşlı, lakin təcrübəli Neelova ilə iddiasız münasibətlərin ona uyğun gəldiyini danışıb.
“Mariya Neelova ilə 2 ildən artıq müddətdə yaxın münasibətlərdə olduq. O vaxt ki, bütün rəfiqələrim kimi, Neelova da məndən 16 yaş böyük idi. Bunun bir səbəbi də odur ki, mən yaşımdan tez böyümüşdüm. Amma bundan da əsaslı səbəb həmyaşıdlarımın mümkün olduqca daha tez ərə getmək istəyi idi. Təbii ki, dünya şahmat tacı uğrunda görüşə hazırlaşan biri kimi evlilik barədə heç düşünmürdüm. Mənim sağlamlığın, məşqlərim, arzularım yalınz bu hədəfə yönəlmişdi. Digər tərəfdən isə mən bütün cavan oğlanlar kimi, öz tələbatları və istəkləri olan birisi idim, yəni kahin deyildim”.
Moskvanın elitar teatrlarından sayılan “Sovremennik”də bir çox tamaşalarda yer alan Neelova yalnız cəzbedici görünüşü ilə deyil, həm də zəngin mütaliəsi ilə 21 yaşlı şahmat dahisini özünə cəlb etmişdi.
“Marinanın ərə getmək barədə düşünməməsi də məni cəlb edirdi. O, mənim mübarizəmin mahiyyətini anlayırdı və mənə dayaq olurdu. Biz rəssamlar və yazıçılar arasımda çoxlu ortaq tanışlara malik idik. Ola bilsin ki, bizim ittifaqımız həm də bir-birimizi istisnasız insan kimi hiss etməyimizlə də bağlı idi”-deyə Kasparov xatirlərində yazıb.
Amma onlar müntəzəm görüşmürdülər. Hələ o zaman Bakıda yaşayan Harrinin gündəlik rejiminə anası Klara Kasparova ciddi nəzarət edirdi. Ümumiyytlə, Harrinin bioqrafiyası ilə tanış olan bütün mütəxəssislər bakılı şahmat dahsinin formalaşmasında və uğurlarında onu təkbaşına böyütmüş Klaranın rolunu qeyd edirlər. Oğlunun istedadını inkişaf etdirmək üçün hətta Klara 1981-ci ildə avtomatika və telemexanika üzrə mütəxəsis kimi çalışdığı elmi-tədqiqat institutundan da çıxmışdı.
Əvəzində o, sənədlərdə SSRİ şahmat yığmasının məşqçisi göstərilirdi və buna müavafiq maaş alırdı. 1979-cu ildə keçmiş Yuqoslaviyada keçirilən qrossmeyster turnirində qələbə qazandıqdan sonra Harri Kasparov və anası Azərbaycanın 1-ci katibi Heydər Əliyevlə təkbətək görüşə də çağırılmışdılar.
O zamanlar ana-bala sovet dövrü üçün pis yaşamırdılar. Onlara Bakıda geniş ev verilmişdi. 13 yaşından təqaüd alan Harri həm də xüsusi sifariş əsasında gətirilən ərzaqdan istifadə edirdi. İlin 6 ayını isə Zağulbada yerləşən bağ evində keçirirdi. Deyilənə görə, Kasparovun yoxluğunda, orda Müslüm Maqomayev istirahət edirmiş.
Klara Şagenovnanın oğlunun kayerasına təsiri isə sürətlə artırdı. Oğlunun bütün müsahibələri yekun varinatda xanım Kasparovanın qarşısına qoyulurdu, şahmat çempionuna edilən zənglərə də birinci anası cavab verirdi. Şahmat oyunu zamanı isə Klara Şagenovna Kasparova oğlunun 2 metrliyində onun üçün xüsusi quraşdırılmış stulda əyləşirdi. O zamanlar mətbuatda Kasparovun ona edilən hər hansı təkliflərlə bağlı “anam icazə versə” ifadəsi gülüş mövzusu idi.
Oğlunun idman karyerasını hər şeydən üstün tutan Klara Harrinin Marina Neelova ilə münasibətlərinə ilk vaxtlar dözümlü yanaşır, bu sevgi romanını gənc oğlunun ötəri həvəsi kimi görürdü. Kasparov anası ilə Bakıda yaşadığı üçün yalnız turnirlərdə iştirak etmək üçün Moskvaya uçanda Neelova ilə görüşürdü. Bu görüşlər əsasən aktrisanın “Çistıe Prudı” rayonunda yerləşən mənzilində, ya da səhnə fəaliyyəti göstərdiyi “Sovremennik” teatrının kulislərində baş tuturdu.
1984-1985-ci illərdə Anatoli Karpovla tarixin ən uzun müddətli şahmat finalında qarşılaşarkən məhz Klara Kasparova və sevgilisi Marina Neelova Harriyə dəstək olurdular. Hətta final görüşünü işıqlandıran mətbuat nümayəndələri onları Kasparovun “iki anası” adlandırmışdılar.
Kasparov dünya çempion olduqdan sonra sevdiyi qadınla araları soyuyur. İddia olunur ki, bunun əsas səbəbi oğlunun özündən yaşlı qadınla evlənməsini istəməyən Klara Kasparova idi. Neelovanın hamilə qalması məlum olanda isə heç zaman evlənməyi düşünməyən Harri ilə sevgilisi arasındakı uçurum daha da dərinləşir. Klara Kasparova mətbuata verdiyi xüsusi açıqlamada “bu bizim uşağımız deyil” deyərək, öz nəvəsindən imtina edir. Onun təsiri ilə Kasparov Neelova ilə münasibətləri kəsir.
Öz xatirələrində Harri Kasparov bur hərəkətinə haqq qazandırmağa çalışıb:
Mariya Neelova və qızı Nika
“Mən Marina ilə demək olar ki, görüşmürdüm. Bizim ayrılmağımız qaçılmaz olurdu. Ona görə də bətnində daşıdığı körpənin məndən olmadığına əmin idim. Artıq hər birimiz ayrı həyata malik idik. Mən bütün bunları başımdan çıxarmağa və diqqətimi şahmata yönəltməyə çalışdım”.
1987-ci ildə Marina Neelova Nika adlı qız uşağı dünyaya gətirir. Harri Kasparovun onu yarı yolda buraxmasını heç zaman mərtbuatda keçmiş sevgilisinə qarşı ittiham kimi istifadə etməyən aktrisa sonradan Kasparov kimi erməni-yəhudi mənşəli sovet diplomatı Kirill Qevorkyanla ailə həyatı qurur və Fransaya köçür. Hazırda isə onlar ABŞ-ın Kaliforniya ştatında yaşayırlar.
Marina Neelovadan ayrılandan sonra şahmatçının yalqızlığı çıx çəkməyib. 1986-cı ildə ümimi dostları Harrini hündür, göygöz və sarışın Mariya Aqopova ilə tanış edirlər. Yaraşıqlı qız Moskva Dövlət Universitetinin filologiyasını roman-alman ədəbiyyatı üzrə bitirmişdi və “Novosti” çap agentliyində tərcüməçi kimi çalışırdı.
Aqopova və Kasparov
3 il görüşdükdən sonra 1989-cui ildə Harri nəhayət ki, Mariya Aqopova ilə evlənir. Bu Kasparovun 3 rəsmi nikahından ilki idi.
Anası Klara Kasparova da nəhayət arzu etdiyi gəlini tapdığı üçün oğlundan razılıq edirdi.
Ailə qurduğu 1989-cu ildə 26 yaşlı Harri anası ilə Bakını həmişəlik tərk edir. Azərbaycanda milli zəmində gərginlik olduğu üçün dünya çempionu anası ilə xüsusi təyyarədə Moskvaya çatdırılır. Bir müddət Azərbaycanın Moskvadakı nümayəndələyində xüsusi olaraq onlar üçün ayrılmış 2 otaqda qalandan sonra Rusiya dövləti tərəfindən də Kasparovlara şəxsi ev verilir.
Lakin tədricən Mariya Aqopova ilə Klara Kasparova arasında münasibətlər get-gedə daha da gərginləşir. Aqopovanın bütün ömrü boyun anası ilə bir mənzildə yaşayan Harriyə anasından ayrı yaşamasını təklif etməsi ərini hiddətləndirir. 1992-c ildə ailədə Polina adlı qız övladının dünyaya gəlməsi də onların zəifləməkdə olan hisslərini qurtara bilmir. 1993-cü ildə onlar rəsmən boşanılar. 1 il yarım davam edən boşanma proseesi zamanı çoxmilyonlu kompensasiya alan Aqopova Kasparovdan ayrıldıqdan sonra qızı Polinanı da götürərək, ABŞ-ın Nyu-Cersi ştatına köçür. Razılaşmaya görə Kasparov qızı ilə ilin 2 ayını keçirə bilər.
Harrinin 2-ci arvadı Yuliya Vovk
Harri Kasparovun 2-ci evliliyi 1996-cı ildə baş verdi. O, Riqada şahmat turnirlərindən birinin başa çatması ilə bağlı verilən banketdə tanış olduğu 18 yaşlı tələbə qız Yuliya Vovkla ailə həyatı qurdu. 9 il davam edən bu evlilikdən Kasparovun Vadim adlı (1996) oğlu dünyaya gəldi. Harri Kasparovun anası ilə dil tapa bilən Yuliya Vovk ərinin xəyanəti ilə üzləşməli olur.
Harri Kasparov və Darya Tarasova
2004-cü ilin ortalarından 41 yaşlı Kasparov özündən 20 yaş cavan tələbə Darya Tarasova ilə görüntülənməyə başlayır.
2005-ci ildə Yuliya Vovkla boşanan şahmatçı elə həmin il sevgilisi Darya ilə münasibətlərini rəsmləşdirir və 3-cü dəfə rəsmi nikaha girir.
Harri Kasparov ikinci həyat yoldaşını boşaması ilə bağlı vəziyyətə müsahibələrini birində belə aydınlıq gətirib:
“Bizim münasibətimiz var idi. Ola bilsin münasibətlər çox da yaxşı bitmədi, lakin yenə də mən Yuliyanı əlində uşaq atdığımı düşünmürəm. Mən Yuliyanı Peterburqda alternativ tarixlə bağlı keçirilən mühazirədə gördüm. Mən evli idim, oğlum böyüyürdü, lakin qərar verdim. Anladım ki, Daşa ilə eyni dalğadayıq və 19 ilik yaş fərqi buna mane ola bilməz. İndi mən ailəcanlı birisiyəm və özüm-özümə xoş gəlirəm. Tez-tez səfərlərdə olsam da, ailəmin qayğısına qalmağa çalışıram”.
2006-cı ildə isə Kasparov 3-cü dəfə rəsmən ata olub. Onun Aida adlı qızı dünyaya gəlib.
Hazıırda keçmiş bakılı şahmat dahisi vaxtının çoxunu Nyu-Yorkda 3,4 milyon dollara aldığı mənzildə və Xorvatiyada Makarsk kurortunda aldığı malikanədə keçirir.
Sonda onu qeyd etmək lazımdır ki, Harri Kasparov hələ də öz anası Klara Kassparova ilə birgə yaşayır.