Kreditlər nə vaxta qədər dollarla veriləcək?-VİDEO

8-03-2015, 19:11   
Kreditlər nə vaxta qədər dollarla veriləcək?-VİDEO

Dollar və avronun məzənnəsində baş verən dəyişikliklər əslində bankların kredit siyasətində də yeni səhifənin başlanğıcı oldu. Kredit portfelini minimuma endirən banklar bu proses üçün isə yalnız bir valyuta-dolları seçdilər. Dollarla kredit almaq isə hazırda heç bir vətəndaşa sərf etmir. Bəs bu ziddiyyətli mənzərə nə vaxtadək davam edəcək? “Xəzər Xəbər” bu suala mütəxəssislərlə birgə cavab axtarıb.

Dollar və avronun bahalaşmasından sonra bankların kredit siyasətində də yeni dövr başlayıb. əvvəllər geniş açılmış kredit portfeli indi məhdudlaşdırılıb və kreditlər dollarla verilir.

İndi Azərbaycanda milli valyuta ilə kredit almaq üçün bank tapmaq çətindir. Gəlirlər manatla olduğundan dollarla kredit götürmək sərfəli sayılmır. Rəsmi qaydalarda isə banklara hansı valyuta ilə kredit verilməsinə dair məhdudiyyət yoxdur.

Mütəxəssislər bildirir ki, dollar ucuzlaşsa krediti bu valyuta ilə verən bankları böyük maliyyə itkisindən heç kəs sığortalaya bilməyəcək. Buna görə bankların manatla kredit verməsi əslində onların gəlirlərinin bir hissəsini sığortalayan addım ola bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar