«Qətl hakimiyyətin dəstəyi ilə törədilib»
Boris Nemtsovun böyük qızı Janna Nemtsova Almaniyanın Bild am Sonntag qəzetinə müsahibəsində bildirib ki, atasının qətlində Rusiya hakimiyyətinin günahkar olduğunu deyib. «Əminəm ki, bu sifarişli qətldir», - deyə o bildirib.
Janna Nemtsova əmindir ki, qətli hakimiyyətin dəstəyi ilə həyata keçirilib və icraçılar cəzalanmayacaq. «Onu Kremlə qarşı çıxdığına görə öldürdülər. Bu hər kəsə aydındır», - siyasətçinin qızı qeyd edib.
Janna Nemtsova cinayətin üstünün açılmayacaağına da əmindir: «Kimisə cazalandıracaqla, ancaq bu əsl günahkar olmayacaq».
Boris Nemtsovun qızı atasının qətlinin Rusiya müxalifətinə ciddi zərbə olduğunu da vurğulayıb: «Mən Rusiyada müxalif siyasətçi görmürəm. Müxalifət öz liderini itirdi».