“Avropa Birliyi tərəfindən yaradılacaq vahid ordu nüvə əsrində təhlükəsizliyə heç bir zəmanət vermir”. Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Dumasında Vahid Rusiya fraksiyasının rəhbəri Frans Klintseviç çıxış edib. Onun sözlərinə görə, Qərb siyasətçilərinin Rusiyanı aqressiyada günahlandırması vicdansızlıqdır. Qeyd edək ki, bundan öncə Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avropa Birliyinin vahid ordusunun yaradıla biləcəyini söyləmişdi.