Nemtsovun qətlində şübhəli bilinən beş nəfər həbs edildi

9-03-2015, 01:08   
Nemtsovun qətlində şübhəli bilinən beş nəfər həbs edildi

Moskvanın Basman məhkəməsi Boris Nemtsovun qətlində şübhəli bilinən beş nəfərin həbs olunması barədə qərar çıxarıb.

Bundan əvvəl tutulan Zaur Dadayev və Anzor Qubaşevə artıq cinayət işi üzrə ittiham irəli sürülüb. Digər üç nəfər – Qubaşevin qardaşı Şahid, Tamerlan Əskərxanov və Xamzad Baxayev hələlik şübhəli hesab olunurlar.

Zaur Dadayev Boris Nemtsovun qətli ilə əlaqəsini artıq etiraf edib. Digər dörd nəfər isə təqsirkar olmadıqlarını bildirir. Bununla belə, hakim istintaqın dəlilləri ilə razılaşaraq bəyan edib ki, əldə onların təqsirini təsdiqləyən sübutlar var.

Zaur Dadayev və Qubaşev qardaşları bir qədər əvvəl İnquşetiyada, Tamerlan Əskərxanov və Xamzad Baxayev isə Moskva ətrafında kirayələdikləri evdə tutulublar. Müttəhimlərin qohumları Boris Nemtsovun öldürüldüyü gün onların Moskvada olduqlarını təsdiqləsələr də, bu çinayətdə iştiraklarına inanmadıqlarını bildirirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar