Boris Nemtsovun qətli haqqında iş üzrə ittiham edilən Zaur Dadayev məhkəmədə cinayətini etiraf edib.
Trend-in RİA Novosi agentliyinə istinadən verdiyi məlumata görə, bunu hakim bildirib.
"Dadayevin təqsirliliyi onun etiraf ifadələri ilə təsdiq edilir", - hakim bildirib.
Həbsin müddəti aprelin 28-nə qədər təyin edilib.
Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib.