İŞİD-in "damarı"nı kəsdilər

9-03-2015, 10:41   
İŞİD-in "damarı"nı kəsdilər

Koalisiya qüvvələri İŞİD-in neftayırma zavodunu bombalayıb.

ANS PRESS-in məlumatına görə, döyüş təyyarələri Suriyanın Türkiyə sərhədinə yaxın bir bölgəsində terror təşkilatının maye yanacaq istehsal edən zavodunu hədəfə alıb.

Yuxarıdan endirilən bombalar nəticəsində ən az 30 adam ölüb. Suriyanın Telabyad qəsəbəsi yaxınlığına düşən bombalar nəticəsində İŞİD-çilərin və zavod işçilərinin öldüyü ifadə edilib.

Bombardmandan sonra zavodlar alov içərisində qalıb. Böyük səs-küyə səbəb olan döyüşlər Türkiyə tərəfindən də müşahidə olunub.

Qeyd edək ki, İŞİD, nəzarətində olan Suriya və İraq ərazisindəki neft quyularından qara qızılı istehsal edərək satır. Birləşmiş Millətlər Təşkilatının son açıqladığı hesabata görə, terror təşkilatı neft istehsalından gündə 846 min - 1,6 milyon dollar arasında gəlir əldə edir.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.