Boris Nemtsovun işi ilə əlaqədar Çeçenistanda daha iki nəfər tutulub. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Hələlik saxlanılar haqda məhkəmənin həbs-qəti imkan tədbiri seçib-seçməyəcəyi bəlli deyil. Buna görə də Rusiya polisi saxlanılanların adını açıqlamır. Qeyd edək ki, bundan öncə Nemtsov cinayəti ilə əlaqədar 5 nəfər həbs edilmişdi.