ŞOK İDDİA: Nemtsovun qətlində “xarici iz”lər var

9-03-2015, 16:02   
ŞOK İDDİA: Nemtsovun qətlində “xarici iz”lər var
Hüquq-mühafizə orqanları qatillərin belə əlaqələrini aşkarlayıb



Hüquq-mühafizə orqanlarındakı mənbə Nemtsovu kimin qətlə yetirdiyini açıqlayıb


Rusiyalı müxalifətçi Boris Nemtsovun qətlini birbaşa icra edən şəxs böyük ehtimalla Zaur Dadayev olub.

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın "İnterfax" agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

"Lakin qətlin törədildiyi silah tapılandan sonra, bu barədə tam əminliklə danışmaq olar", - deyə mənbə qeyd edib.

Bildirilir ki, Z. Dadayev istintaq ilə "könülsüz danışır". "Dadayevin azsaylı ifadələrindən belə çıxır ki, qətlin təşkilatçısı məhz o olub. Bundan başqa, hüquq-mühafizə orqanları şübhəli şəxs qismində saxlanılan şəxslərin xarici əlaqələri üzə çıxıb. Məhz buna görə, qətldə xarici izin olması versiyası ilə bağlı da araşdırma aparılır", - deyə mənbə əlavə edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar