Müxalifət liderinin qətlinin gizlinləri üzə çıxır

9-03-2015, 17:39   
Müxalifət liderinin qətlinin gizlinləri üzə çıxır
Istanbulun Fateh məhəlləsində başından vurularaq öldürülən tacik müxalifət lideri Umrali Qüvvətova qarşı hazırlanmış sui-qəsdin gizlinləri üzə çıxır.

Müsavat.com-un məlumatına görə, filmlərə mövzu ola biləcək sui-qəsdin yeni detalları məlum olub. Belə ki, Qüvvətov tacik qonağı evinə dəvət edib. Qüvvətovun həyat yoldaşı və 2 oğlunun halı süfrədə pisləşib. Ayaq üstə durmaqda çətinlik çəkən Umralı Qüvvətov isə qonağı yola salmaq üçün küçəyə çıxıb.

Müxalifət lideri elə o vaxt öldürülüb. Evə gələn polis isə Qüvvətovun arvadı və oğullarını yerə yıxılmış görüb. Ailə xəstəxanaya aparılıb. Qan analizindən sonra ailənin zəhərləndiyi məlum olub.

Qeyd edək ki, sui-qəsdlə bağlı iki nəfər həbs olunub, 1 nəfər isə axtarışdadır.


Gülnar
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar