Səfir: "Ermənistan demokratik inkişaf yolunda geriyə gedir"
ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz "Çiçəklənən Ermənistan" partiyası ətrafında yaranmış vəziyyətlə bağlı açıqlama verib, respublikanın demokratik inkişafı yolunda geriyə addım atdığını söyləyib.
ANS PRESS-in məlumatına görə, o bildirib ki, müxalifət hökumətin fəaliyyətini istənilən halda izləyəcək demokratik cəmiyyət üçün lazımdır. Ermənistanın güclü olması üçün aktiv siyasi müxalifət lazımdır. Lakin biz son hadisələrdən narahatıq, hökumət müxalifəti hədəf seçib və siyasi məqsədinə çatmaq üçün dövlət resurslarından istifadə edir. Nəticə belədir ki, Ermənistan demokratik inkişaf yolunda geriyə addım atır.