“Latviyaya gətirilən NATO hərbi texnikası yaxın iki ay ərzində Ukraynaya göndəriləcək”. Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı ekspert Sergey Qrinyayev çıxış edib. O, Qərbin bununla da Minsk danışıqlarının şərtlərini pozacağını bildirib: “Bu, heç bir siyasi jest deyil. Latviyaya NATO texnikasının göndərilməsi qabaqcadan planlaşdırılmış aksiyadır. Yaxın günlərdə biz bu texnikanı Ukraynada görəcəyik. Minsk danışıqları pozulacaq və Kiyevlə yenidən savaş artıq yeni Amerika silahları ilə başlayacaq. Konfliktin eskalasiyasını siz aprelin sonu, mayın əvvəlində görəcəksiniz”. Qeyd edək ki, bu gün NATO Latviyaya 120 ədəd olmaqla M1A2 Abrams tankı və M2A3 Bradley avtomobillərini göndərib.