Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasının əsgərləri səhra təlimlərinə başlayıblar.
ANS PRESS-in məlumatına görə, Rusiya ordusunun Cənub-Şərq dairəsinin mətbuat xidməti bildirib ki, təlimlər dəniz səviyyəsindən 220 metr hündürlükdə aparılcaq. Əsgərlər hərbi texnikanı idarə etmək üzrə kompleks təlimlər keçəcəklər. Təlimlərdə 30 hərbi texnika və 100 hərbçi iştirak edəcək.
Yerli ekspertlər bunu Rusiya ordusunun ermənilərə yeni hədə-qorxusu kimi dəyərləndirirlər. Bunun Ermənistanın Rusiya tərəfindən tam işğalına hazırlıq kimi dəyərləndirənlər də var. Məsələ bundadır ki, Gürcüstandan keçməklə Rusiyadan Ermənistana böyük hərbi texnika ekspansiyası gözlənilir. Bu, Ermənistanın tam işğalı olacaq.
Mənbə
ANS PRESS