DİA.AZ: - Azərbaycanda vəhabilərin yeni məscidi inşa oluna bilər. Bu barədə DİA.AZ-ın elektron poçtuna daxil olan məktubda bildirilir ki, ölkəmizdə fəaliyyət göstərən «Əbu-Bəkr» dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən müvafiq icazəsinin alınması üçün sənədlər hazırlamaqdadır.
Dia.az-a göndərilən məlumatda deyilir: «Hacı Qamət yaxın adamlarına belə bir tapşırıq verib. Küveyt hökumətindən də onlara dəstək veriləcək. Həm siyasi, həm də məscidin inşa olunması üçün maddi dəstəyi verəcəklər.
Söhbət 30 milyon ABŞ dolları həcmində yardımdan gedir. Ən bahalı məscidə 2-3 milyon dollar xərcləndiyi halda bu qədər pulu Küveyt dövlətinin Azərbaycan vəhabilərinə yardım etməsi başqa məqsədlərə də xidmət edir.
Hacı Qamətin adamlarına bu adla pul ötürəcəklər. Hökumətimiz ayıq olmalıdır.
Küveytin ayrı-ayrı fondları bu gün vəhabilərə pul ötürürlər. Onlar Azərbaycandakı adamlarına həm də Dubaydan yüklü miqdarda mal da yollayırlar. Divar kağızları, mebel, qab-qacaq, ətriyyat, inşaat materialları və s. Malların satışı bu gün təsadüfi deyil ki, vəhabilərin nəzarətindədir. Hamısı Qamətin və adamlarının maliyyələşdirilməsi üçündür».