Beynəlxalq təzyiqlər səbəbindən ABŞ rəhbərliyi Ukraynaya silah verilməsilə bağlı qəti qərara gələ bilmir. Axar.az xəbər verir ki, “Nyu York Tayms” qəzeti Pentaqonun bu gün Kiyevə hərbi texnika göndərilməsini elan edəcəyini yazıb. Bir müddət əvvəl ABŞ Ukrayna ordusuna radarlar və gecəgörmə cihazlarının alınması üçün 118 milyon dollar vəsait ayırmışdı. Bu gün isə Ukraynaya hərbi texnikanın nə vaxt göndəriləcəyi məlum olacaq. Bundan başqa qəzet 120 milyon dollar da ayrılacağını da yazıb.