ŞİD-in dünyanı vahiməyə salan baş kəsmə səhnələrinin rejissoru türk imiş.
ANS PRESS-in məlumatına görə, terror qruplaşmasının sıralarında tərcüməçi kimi çalışan və sonunda qaçmağı bacaran Stuart Ramsey İngiltərənin “Sky News” telekanalına xüsusi müsahibəsində belə deyib.
O, əcnəbi girovları edam edən Con ləqəbli cihadçı Məhəmməd Əmvazi yapon girov Kenji Qotonun başını kəsərkən yanında olduğunu açıqlayıb. Stuart Ramseyin sözlərinə görə, baş kəsmə videoları çəkilərkən çəkiliş qrupuna türk cihadçının rejissorluq etdiyini bildirib: "O, çəkiliş qrupuna "kameranı bura qoy, yerini belə dəyiş" deyərək əmr verirdi. Həmin Türkün İŞİD-də ən önəmli şəxslərdən biri idi".
Keçmiş İŞİD üzvü türk cihadçı tərəfindən tərcüməçi kimi işə götürüldüyünü söyləyib və türk dilini də yetərincə yaxşı bildiyini qeyd edib. Türk rejissoru ona türkcə tapşırıqlar verirmiş. Ona girovlara "Sakit olun, bu sadəcə bir videodur, sizi öldürməyəcəyik. Sadəcə hökümətinizdən Suriyaya hücumlarını dayandırmalarınızı istəyəcəyik. Heç bir problem yoxdur, siz bizim qonaqlarımızsız" cümlələrinin tərcümə edilməsini tapşırırmış. Ancaq bu sözlərdən sonra girovların öldürülə biləcəyi deyilirdi və reportaj bu nöktədə duyğusallaşaraq başa çatırdı.
Mənbə
ANS PRESS