Türkiyədə kritik an: Ərdoğan müşavirə çağırdı

11-03-2015, 12:03   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş nazirin köməkçisi Əli Babacan və Mərkəzi Bankın sədri Ərdəm Başçını Prezident sarayına çağırıb. Axar.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə saatı ilə 16:45-də baş tutacaq görüşdə ölkə iqtisadiyyatında yaşanan proseslər müzakirə olunacaq. Xatırladaq ki, MB-nin müdaxilələrinə baxmayaraq, türk lirəsi dollar qarşısında ucuzlaşmaqda davam edir. Hazırda 1 dollar 2,63 türk lirəsidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar