Bu gün səhər saatlarında Bakı Metropoliteninin qarşısında ölüm hadisəsi baş verib.
ANS PRESS-in məlumatına görə hadisə metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında qeydə alınıb.
Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Məlum olub ki, dünyaını dəyişən Ağdam rayonundan olan 1948-ci il təvəllüdlü Vidadi İbrahimovdur.
İlkin ehtimala görə, o ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı 28-ci polis bölməsində araşdırma aparılır.
Mənbə
ANS PRESS