Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Əliyevlə Ərdoğanın maraqlı fotosunun - Əsl səbəbi+Video

18-03-2015, 10:52   

[media=https://www.youtube.com/watch?v=SnWFFRpDqdw&t=70]

Dünən Qarsda prezident İlham Əliyevin iştirakı ilə baş tutan Anadolu Məslək və Anadolu Texnik Liseyinin toplu açılış mərasimindəki protokol xətası Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın əsəbiləşməsinə səbəb olub.


"Qafqazinfo" xəbər verir ki, həmin mərasimdən yayılan görüntülərdən məlum olur ki, açılışda Türkiyə himnindən sonra prezidentlər Azərbaycan himninin səsləndirilməsini gözləsələr də, prezident İlham Əliyevi çıxış üçün tribunaya dəvət ediblər .

Ərdoğan isə baş verən protokol xətasına çox əsəbiləşib və kadrlardan görünür ki, o, himni İlham Əliyevə telefonda dinlədib. Doğru olduğuna əmin olduqdan sonra Ərdoğan çıxışından əvvəl iştirakçıları Azərbaycan himni dinləməyə çağırıb.

Qeyd edək ki, sözügedən mərasimdən çəkilən bu foto sosial şəbəkələrdə böyük maraqla qarşılanmışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar