“Ruslar gedəcək və Qafqazı alov bürüyəcək” – Özəl

18-03-2015, 10:59   
“Ruslar gedəcək və Qafqazı alov bürüyəcək” – Özəl

“Ruslar gedəcək və Qafqaz yenidən konfliktlər ocağına çevriləcək”. Bu sözləri Axar.az-a açıqlamasında Rusiya Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Anton İşenko söyləyib. O, Rusiyanın Ermənistandakı bazasının heç kim üçün zərərli olmadığını bildirib: “Rusiya aqressor kimi yox, hər zaman müdafiəçi kimi çıxış edib. Bizim ölkənin bu siyasəti əsrlərdir ki, davam edir. Ona görə də Ermənistandakı bazanın təhlükə olması ilə bağlı bəyanatları yersiz hesab edirəm. Rusiya çoxmillətli ölkədir. Bizdə çox millətin nümayəndələri, diasporlar yaşayır. Bizim mədəniyyətimiz digər xalqların mədəniyyəti ilə sıx bağlıdır. Hətta belə demək olar ki, biz artıq çoxdan doğmalaşmışıq. Bizim xalqları növbəti dəfə toqquşdurmaq arzusu sadə vətəndaşlardan yox, müəyyən dividentlər götürmək istəyən və ya okeanın o tayından gələn əmrləri yerinə yetirən siyasətçilər tərəfindən həyata keçirilir. Rus insanı hər zaman ermənilər, gürcülər və azərbaycanlılar üçün qardaş olub və olacaq. Bizi bu cür tərbiyə ediblər və biz də uşaqlarımızı eyni cür tərbiyə edirik”. Deputat Rusiya bazalarının müdafiə məqsədi ilə müəyyən ərazilərdə yaradıldığını bildirib: “Ermənistandakı Rusiya hərbi bazalarına gəlincə isə onlar hücum üçün yox, müdafiə üçün yaradılıblar. Müdafiə təkcə Rusiyaya aid deyil, o həm də suveren ölkələrin ərazilərində stabilliyi və dincliyi qorumaq üçün yerləşdirilib. Ruslar gedəcək və Qafqaz yenidən konfliktlər ocağına çevriləcək. Bizim amerikalı dostlarımız bunu etməyi çox gözəl bacarırlar. Onlar özlərinin təbliğat üsulları ilə bacarıqlı şəkildə gizlənib, Rusiyadan hamıya qarşı düşmən yaradır və öz bazalarının dislokasiyasının gərəkliliyinə haqq qazandırırlar. Lakin həqiqət orasındadır ki, NATO bazaları başqa məqsədlər üçün, daha dəqiq desək, yerləşdirildikləri ərazilərə nəzarəti həyata keçirmək üçün yaradılır. Təsadüfi deyil ki, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Harol Pinter NATO-nu hərbi cinayətkar təşkilat adlandırmışdı. Faktlar inadkar olur və onlarla mübahisə etmək mümkün deyil. Statistikaya əsasən, NATO-nun keçirdiyi sülhməramlı əməliyyatlar zamanı Yuqoslaviyada 5700, Əfqanıstanda 35000, İraqda 1 milyon, Liviyada isə 20000-dən çox insan həlak olub. Mən hələ yaralılar və qaçqınlar haqqında danışmıram. Bunu sülhməramlı missiya adlandırmaq olarmı? Artıq anti-Rusiya isteriyasını dayandırıb, bizimlə xoş qardaş münasibətlərinə qayıtmaq vaxtı çatıb”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.