Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev… Bir neçə aydır ondan nə səs var, nə soraq. O, son zamanlardakı dövlət əhəmiyyətli tədbirlərin heç birində rəsmi şəxslər arasında görünməyib, obyektivlərə tuş gəlməyib. Elə bu günlərdə keçirilən Novruz şənliyində o yox idi.
Elə ötən ilin dekabrına da nəzər salaq. Hər il eks-prezident Heydər Əliyevin vəfatının ildönümündə Ramiz Mehdiyev prezident İlham Əliyevlə bərabər onun məzarını ziyarət edən rəsmilər arasında olurdu. Təkcə 2014-cü ilin dekabrında Heydər Əliyevin məzarı başındakı dövlət rəsmiləri arasında Ramiz Mehdiyev gözə dəymədi. Və ya, 20 yanvar hadisələrinin ildönümünu xatırlayaq… Hər il Fəxri Xiyabana baş çəkən dövlət rəsmiləri arasında olan Ramiz Mehdiyev də olurdu. Lakin 2015-ci ildə onu rəsmi şəxslər arasında görən olmadı. Elə bugünlərdə keçirilən Novruz şənliyində də gözlər Ramiz Mehdiyevi axtardı, ancaq yox idi. Sual oluna bilər ki, bəlkə administrasiya rəhbəri yorulub, məzuniyyətdədir?
Əvvəllər Admnsitrasiya rəhbəri məzuniyyətə çıxanda bu barədə ictimaiyyətə məlumat verilirdi. Bu məlumat yoxdursa, deməli məsələ məzuniyyətdə deyil. Ölkənin ikinci rəsmi şəxsi barədə mənbəsiz informasiyalar da dolaşır.Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, dörd aydan artıqdır ki, dövlət tədbirlərində görünmür. Ölkənin faktiki ikinci şəxsi hesab olunan PA rəhbəri haradadır və niyə dövlət tədbirlərində iştirak etmir?
Bu aylar ərzində dəfələrlə bu sual qoyulsa da, Ramiz Mehdiyevin işə çıxmaması ilə bağlı rəsmi açıqlama verilməyib. Sonuncu dəfə martın 24-də AzadliqRadiosu Ramiz Mehdiyevin görünməməsinin səbəbini aydınlaşdırmağa çalışıb, lakin Prezident Administrasiyasının rəsmiləri bu barədə sualı cavablandırmayıblar.
Ramiz Mehdiyev ölkənin və hakim elitanın idarə olunmasında Prezidentdən sonra əsas söz sahiblərindən biridir. Bu baxımdan, onun rəsmi açıqlama olmadan, müəyyən qədər də müəmmalı şəkildə aylardır görünməməsinin ictimaiyyət arasında, xüsusən də siyasi çevrələrdə, hakimiyyət dəhlizlərində müxtəlif söz-söhbətlərə səbəb olmasını təbii qarşılamaq lazımdır. Lakin bununla bağlı mötəbər mənbələrdən AzPolitika.info-ya daxil olan məlumata görə, Ramiz Mehdiyevin təxminən 4 aydır görünməməsinin qeyri-adi bir səbəbi yoxdur və hakim çevrələrdə bu barədə informasiya olduğundan, akademikin işə çıxmaması ciddi narahatçılığa, həyəcana yol açmayıb. Bizə verilən məlumata görə, Ramiz Mehdiyevin ayağı sınıb. Nəzərə alsaq ki, akademikin 76 yaşı var, onun bu qədər uzun müddət görünməməsinin səbəbini anlamaq çətin olmaz. Lakin Ramiz Mehdiyevin artıq bərpa prosesini başa vurmaq üzrə olduğu və ara-sıra işə çıxmağa başladığı da bizə verilən məlumatlar sırasındadır.
Son olaraq cumhuriyyet.az-a daxil olan məlumata görə bayram tətilindən sonra PA rəhbəri ilə bağlı müəmmaya son veriləcəyi gözlənilir. Belə ki, aprel ayının ilk ongünlüyündə akademik Mehdiyevin ictimaiyyət arasında görülməsi gözlənilir. Bununla bağlı bizi məlumatlandıran mənbə onu da bildirdi ki, bunun ardınca PA rəhbərinin təntənəli şəkildə vəzifədən ayrılacağını da gözləmək olar