"Yaxın Şərqə Rusiya hərbçiləri yeridilməlidir".
Axar.az xəbər verir ki, bu sözləri Suriya Prezidenti Bəşər Əsəd deyib.
Suriya liderinin fikrincə, regionu daha təhlükəsiz etmək üçün Rusiya hərbçiləri Yaxın Şərqdə yerləşdirilməlidir və SSRİ-nin dağılmasından sonra itirilmiş güc balansı yenidən qorunmalıdır.
"Bizim regionumuzda Rusiyanın olması sabitliyi möhkəmləndirir. Rusiya bütün dünyada sabitliyin təmin edilməsində çox əhəmiyyətli rol oynayır. Biz Rusiyanın bizim sahillərimizə qədər genişlənməsini dəstəkləyirik", - Əsəd qeyd edib.