Dərman bazarında hakim ailənin yeni şirkəti

28-03-2015, 09:50   
Dərman bazarında hakim ailənin yeni şirkəti

Azərbaycanın dərman bazarına yeni şirkət gəlir. Bu barədə redaksiyamıza daxil olan məlumata görə, yeni şirkətin adı “Zeytun”dur. Qeyd edək ki, bu günə qədər dərman bazarında əsasən “Avromed” və “Zəfəran” şirkətləri hakim idi.
Bu şirkətlərin hakim ailəyə məxsus olduğu iddia edilir. Ölkə başçısı Ilham Əliyevin əmisi oğluna məxsus “Riad Farm” şirkəti bu şirkətlərin bazara daxil olmasından sıxışdırılıb. Vaxtilə Azərbaycanın dərman bazarında əsas söz sahibi olan “Riad Farm” hazırda ölkə üzrə 100 aptekə dərman vermək ixtiyarına malikdir. Bəzi məlumatlara görə, son vaxtlar “Riad Farm” bundan da məhrum edilib.
Məlumatlara görə, “Zeytun” şirkəti də hakim ailəyə məxsusdur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.