Putini qorxuya salan nədir?

28-03-2015, 09:56   
Putini qorxuya salan nədir?
Rusiya prezidenti növbəti seçkilərdə ciddi müqavimətlə üzləşəcəyini bilir

Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrini 2018-ci il prezident seçkisi də daxil olmaqla yaxın bir neçə ildə ölkədə keçiriləcək seçkiləri pozmaq üçün sövdələşmədə günahlandırıb.
Putin martın 26-da Federal Təhlükəsizlik Xidmətinin yüksək rütbəli məmurları ilə görüşdə deyib ki, Qərbin xüsusi xidmətləri 2016-2018-ci illər seçkiləri ərəfəsində bir sıra tədbirlər planlaşdırırlar.
O qeyd edib ki, Qərb ölkələri siyasi təcrid və iqtisadi təzyiqlərdən tutmuş irimiqyaslı informasiya müharibəsi və casusluğadək Rusiyanın qarşısını almaq üçün bütün tədbirlərə əl atılır.
Putin deyib ki, Rusiyanı qorxutmaq cəhdləri heç vaxt baş tutmayacaq.
Rusiyanın ötən ilin martında Krımı zəbt elməsi və Ukraynanın şərqindəki müharibədən sonra Qərblə Rusiya arasında münasibətlər tamamilə kəskinləşib.
Ekspertlərin fikrincə, baş verənlər təsadüfi deyil. Çünki Putin bu bəyanatı Federal Təhlükəsizlik Xidmətinin yüksək rütbəli məmurları ilə görüşdə səsləndirib. Putinin oxşar bəyanatları Münhen görüşündə də təkrarladığı da unudulmamalıdır. Ekspertlərin sözlərinə görə, Putinin son hədələrində yeni tezis yoxdur. Qərbə qarşı səslənən ittihamlar, hədələr Rusiyanın yürütdüyü imperialist siyasətin tərkib hissəsidir, Rusiyanın Krımı işğal etməklə aqressiv siyasətini tam çılpaqlığı ilə ortaya qoyması Qərb dairələrində də Kremlin hazırkı sahibinə qarşı münasibəti dəyişib. Qərb dəfələrlə bəyan edib ki, Putinin işğalçı siyasətinə göz yummaq fikrində deyil. Tətbiq olunan sanksiyaların qısa müddət ərzində Rusiya iqtisadiyyatını diz çökdürməsi artıq Qərbin niyyətini açıq formada göstərir. Məhz bu niyyət Putini narahat edir. Putin anlayır ki, Ukraynada təşəbbüsü ələ alan Qərb Rusiya daxilində getdikcə güclənən demokratlara dəstəyini artırmaqla növbəti seçkidə Putinə ciddi başağrısı yaşatmağı düşünür.
Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.