Rusiyada iqtisadi durğunluq 5 il ərzində davam edə bilər. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Rusiyanın maliyyə naziri Aleksey Kudrin struktur islahatların keçirilməyəcəyi təqdirdə növbəti 5 il ərzində Rusiyada iqtisadi durğunluğun olacağını bildirib.
"Ən azı növbəti 5 il ərzində bizim iqtisadiyyat durğunluğa məhkumdur. Hətta islahatlar həyata keçirilsə belə, onlar bir-iki ildə nəticə verməyəcək".
Kudrin 2015-ci ildə əhalinin real gəlirlərinin azaldığını bildirməklə yanaşı Krımın birləşdirilməsi səbəbiylə əhəmiyyətli itkilərin olmasını da söyləyib.
"Hər il Krımın mıəaliyyələşdirilməsi 6-7 milyard dollar təşkil edir və dolayı yolla digər itgilərin 3-4 ildəki miqdarı 150-200 milyard dollar təşkil edib"- deyə Kudrin bildirib.
Şahin Qocayev