Türkiyədə şok: ölkə işıqsız qaldı, prokuror girov götürüldü - qətliam kimi əməliyyat -FOTO

1-04-2015, 10:01   

Martın 31-də Türkiyədə yerli vaxtla saat 10:36-dan etibarən Ankara və İstanbul kimi böyük şəhərlər də daxil olmaqla, bütün ölkə boyu elektrik enerjisinin nəqli dayanıb. Metro, tramvay xətləri və xəstəxanalarda xidmətlərin dayanması əhalinin həyatına ciddi təsir edib. Ankara, İstanbul, İzmir, Adana, Dənizli, Antalya, Bitlis, Dardanel, Bursa kimi şəhərlərdə elektrik enerjisinin kəsilməsi ilə bağlı xəbərlər yayılıb.

Təxminən saat yarım sonra bəzi ərazilərdə elektrik enerjisi ilə təminat bərpa edilib. Ankara və İstanbulun 15 faiz ərazisində, o cümlədən TBMM-də elektrik bərpa olunub.
Türkiyədə şok: ölkə işıqsız qaldı, prokuror girov götürüldü - qətliam kimi əməliyyat -FOTO
Hökumət dərhal hərəkətə keçib. Baş nazir Əhməd Davudoğlu ölkə boyu elektrik enerjisinin qəfil kəsilməsinə münasibət bildirərkən deyib ki, terror versiyası da araşdırılır.
Enerji və təbii ehtiyatlar naziri Taner Yıldız hadisənin müxtəlif səbəblərdən baş verə biləcəyini qeyd edib: “Detallar araşdırılacaq. Hazırda ən vacib məsələ şəbəkəni bərpa etməkdir. Bu, tez-tez qarşılaşdığımız bir hadisə deyil. Enerji kəsiləndən bəri qəza çox, vaxt isə azdır. Hadisə elektrik xətlərindən qaynaqlana bilər. Prosesi izləyirik”.

İstanbulda girov götürülən prokuror öldü

Axşama doğru Türkiyənin elektrik enerjisinin verilişi üzrə dövlət şirkəti olan TEİAS ölkənin bəzi şəhərlərində elektrik enerjisi təchizatının pozulması səbəblərini açıqlayıb.
“Trend”in TEİAS-a istinadən verdiyi məlumata görə, buna səbəb magistral elektrikötürücü xəttində qırılma olub. Elektrik enerjisi ölkəyə həmin xətt vasitəsilə idxal edilir. Nazir Taner Yıldız isə bildirib ki, artıq İstanbulun 80 faizinə elektrik enerjisinin verilməsi bərpa edilib.
Metro və tramvay xətləri artıq elektik enerjisi ilə təmin olunub. Və bu nəqliyyat vasitələri yenidən fəaliyyətə başlayıblar.

Türkiyənin başı işıq probleminə qarışdığı vaxt məlum olub ki, “Gəzi” hadisələrində öldürülən Berkin Elvanın istintaqını aparan Mehmet Səlim Kiraz girov götürülüb.

Prokurorun otağından əvvəlcə silah səsləri eşidilib, daha sonra isə binanın dəhlizi boşaldılıb. Bina polislər tərəfindən mühasirəyə alınıb. İstanbul Baş Prokurorluğunun vəkili Vedat Yigit açıqlama verərək, bildirib ki, hadisənin baş vediyi 6-cı mərtəbəyə xüsusi təyinatlı polislər yerləşdirilib və girov götürən şəxslərlə danışıqlar gedir.







Berkin Elvan soruşturmasına bakan savcı odasında r

İçəri keçən şəxs prokurorun başına silah dayayaraq şəkillərini çəkib və tvitter sosial şəbəkəsində paylaşıb. Həmin şəxs prokuroru azad etmək üçün şərtlərini də açıqlayıb. Onlar prokurorun buraxılması müqabilində aşağıdakı şərtlərinin qəbul edilməsini istəyib: Berkin Əlvanı öldürən polislərin canlı yayına çıxarılaraq cinayəti etiraf etmələrini, “xalq məhkəməsi”ndə mühakimə olunmasını, Berkin Əlvanla bağlı keçirilən etiraz aksiyalarında saxlanılan bütün şəxslərin üzərindən ittihamın götürülməsi və bianda sərbəst çıxmalarına şərait yaradılmasını. Qeyd edək ki, 14 yaşlı Berkin Elvan Türkiyədə baş verən aksiyalarda polis tərəfindən öldürülüb. Onun ölümü Türkiyədə etirazlara səbəb olub.
***
Terrorçuların qoyduğu vaxtın son dəqiqələrində tələb etdikləri Ümid Kocasakal prokurorluq binasına daxıl olub.

Son xəbər: Prokuroru girov götürənlərlə danışıqları Sami Elvanın apardığı məlum olub. Türkiyənin Nazirlər Kabineti prokurorun girov götürülməsi ilə bağlı telekanalların canlı yayıma qadağa qoyub. Bildirilib ki, Radio Televiziya Ali Şurası haqqında (RTÜK) qanunun 7-ci maddəsinə uyğun olaraq ictimai asayişin pozulması ehtimalı olan hallarda yayım dayandırıla bilər. Türkiyənin bir televiziya kanalı prokuroru girov götürən terrorçularla telefon əlaqəsi yarada bilib. Terrorçular “binaya əlimizi-qolumuzu sallayaraq girdik” deyiblər.




Türkiyə polisi terror-girov eyləminə qarşı gecə Bakı vaxtı ilə saat 2 radələrində keçirib. İstanbul prokuroru Səlim Kiraz azad edilərkən ağır yaralanıb. Musavat.com-un Türkiyə qaynağına istinadən verdiyi xəbərə görə, hücum zamanı prokuroru girov götürmüş üç terrorçu öldürülüb.

Əməliyyat zamanı binada atəş və partlayış səslərinin eşidildiyi bildirilir.

Daha sonra Səlim Kiraz aparıldığı xəstəxanada, həkimlərin bütün müdaxiləsinə rəğmən, ölüb. Saatlarla davam edən anti-terror əməliyyatı tam fiasko ilə nəticələnib. Türkiyənən müxalif və müstəqil qəzetləri hadisəni "Ədaləti vurdular" başlığı ilə yayınlayıblar.

Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş yeniyetmə Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb. Prokuroru girov götürən şəxslər qeyri-qanuni solçu qruplaşmanın üzvləri idilər.

Xəbər xidməti
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar