Bakıda market sahibi pula görə bunu da etdi - (Foto)

1-04-2015, 18:40   

Bakıda artıq qazanc əldə etmək istəyən market sahibi qəribə üsula əl atıb.

Virtualaz.org saytı xəbər verir ki, artıq qazanc əldə etmək istəyən sahibkar mağazada olan “E-manat” ödəmə terminalında mobil operatorlara kontur yüklənilməsinin qarşısını süni şəkildə almağa çalışır. Belə ki, market rəhbərliyi mağazadakı ödəmə terminalının monitorunun üzərinə kağız yapışdıraraq müştərilərin və digər şəxslərin kontur yükləməsinə icazə vermir.

Hətta mağaza rəhbərliyi terminalın üzərinə xəbərdarlıq elanı da vuraraq danışıq kartı almaq istəyənləri kassaya dəvət edir.

Bu fakt Masazır qəsəbəsindəki “Şok” marketdə qeydə alınıb. Bu barədə redaksiyamıza oxucular məlumat verib. Onların sözlərinə görə, müştərilər mağaza sahibinə etiraz etsələr də bunun nəticəsi olmayıb.

Qeyd edək ki, bu cür ödəmə terminalları mağazalarda və digər obyektlərdə yerləşdirilərkən həmin obyekt və ya mağaza sahibinə ödəniş edilir. Amma görünən budur ki, mağaza sahibi bu gəlirlə yanaşı kontur satışından da əlavə qazanc əldə etmək istəyir.

İlkin Muradov

Virtualaz.org
Bakıda market sahibi pula görə bunu da etdi - (Foto)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar