İstanbulda terrorçulara qarşı əməliyyat – həbs edilənlər var

2-04-2015, 14:07   

İstanbul Polis Udarəsinin (Əmniyyət Müdirliyi) Terrorla mübarizə və Kəşfiyyat şöbələri İstanbulda DHKP-C (Devrimci Halk Kurtuluş Partisi-Cephesi) terror təşkilatına qarşı əməliyyat keçirib. Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, müxtəlif ünvanlara daxil olan polislər həbslər həyata keçiriblər. Saxlanılan şübhəli şəxslərin kimliyi barədə məlumat verilməsə də, əməliyyatların davam etdiriləcəyi deyilir. Əməliyyat son günlərdə Türkiyədə baş verən təxribatçı terror hadisələri ilə bağlıdır. Belə ki, martın 31-də DHKP-C terror təşkilatının iki üzvü İstanbul Prokurorluğunun binasına daxil olaraq "Gezi Parkı" hadisələrini araşdıran prokuror Mehmet Səlim Kirazı girov götürüb. Onlar ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın qatillərinin açıqlanmasını, cinayətkarların xalq məhkəməsində mühakimə edilməsini və aksiyalar zamanı həbs edilənlərin sərbəst buraxılmalarını tələb ediblər. Yüksək səviyyəli danışıqlar aparılsa da, tələbləri yerinə yetirilmədiyi üçün terrorçular prokuroru güllələyiblər. Bundan sonra xüsusi təyinatlılar əməliyyat keçirərək, hər iki terrorçunu zərərsizləşdiriblər.

Yaralı prokuror dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Aprelin 1-də Türkiyədə daha bir terror hadisəsi yaşanıb. "Vətən" küçəsində yerləşən İstanbul polis idarəsində (Əmniyyət Müdürlüyü) atışma olub. İlkin məlumatlara görə, iki terrorçu polis idarəsinin inzibati binasını atəşə tutub. Terroçulardan biri, canlı bomba olan qadın, polislərin müdaxiləsi nəticəsində aldığı güllə yarasından ölüb. Qarşıdurmada 2 polis əməkdaşı və bir mülki şəxs yaralanıb.

Rəşad VAQİFOĞLU
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar