“DƏMİRƏL KƏLBƏCƏRLİLƏRİ XİLAS ETMƏKDƏN İMTİNA ETDİ, CÖVHƏR DUDAYEV İSƏ…” – VİDEO

2-04-2015, 20:19   

[media=https://www.youtube.com/watch?v=9KzwKn1_NWo]
Müsavat başqanı Arif Hacılının ötən il Facebook profilindən Kəlbəcərin işğal günü ilə bağlı yazdığı statusbu il yenidən gündəmə gəlib. Belə ki, həmin faktın Türkiyənin TGRT kanalında Elçibəyin xatirəsi ilə bağlı yayımlanan video da səslənməsi bu statusda yazılanları doğrulamaqdadır. Dəmirəl Elçibəyə bütün yardımları etdiyini desə də, o dönəmdə mühüm vəzifə sahibi olanlar sabiq prezidentin doğru danışmadığını bildirirlər.

Yenicag.az xəbər verir ki, başqan Kəlbəcər ilə bağlı bunları yazıb: “Bir gün əvvəl Kəlbəcər istiqamətində uçan vertolyot vurulmuşdu. Vetolyotçular Kəlbəcərə uçaraq dinc əhalini oradan çıxarmaqdan imtina edirdilər. Vəziyyəti prezident Elçibəyə məruzə etdim.Elçibəy mənim yanımda Türkiyə Baş Naziri Süleyman Dəmirələ telefon açaraq ondan Kəlbəcərdən dinc əhalini çıxarmaq üçün helikopterlər istədi.Süleyman Dəmirəl belə yardım göstərməkdən imtina etdikdə Elçibəy mənə Çeçenistan prezidenti Cövhər Dudayevlə danışmağımı tapşırdı.Mən Elçibəyin yanında Dudayevlə danışdım. O vertolyotlarının az olduğunu, amma vertolyolçular göndərməyə hazır olduğunu bildirdi.

arif… Belə vəziyyətdə Yevlax və ətraf rayonların icra başçılarına aeroporta getmək, onlarla müharibə dövrünün qanunları ilə davranmaq lazım gəlsə belə vertolyotçuları Kəlbəcərə uçmağa məcbur etmək,vertolyotlarla Kəlbəcərə uçmaq,Kəlbəcər İcra hakimiyyətindən mənə zəng vuraraq tapşırığın yerinə yetirildiyi barədə məruzə etmək göstərişi verdim.

Bu prosesdə Yevlax rayon icra hakimiyyətinin başçısı Rafig Hasan xüsusi fədakarlıq göstərdi.Bir neçə saat sonra Kəlbəcərdın mənə zəng vuraraq tapşırığın yerinə yetirildiyini bildirdi.Geri qayıdarkən qəzaya uğrayıb yaralandı.

Kəlbəcərin xeyli dinc əhalisi bu vertolyotlar vasitəsi ilə xilas edildi…”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar