“Onlar evliliklərini Mosul məhkəməsinin dəftərxanasında rəsmiləşdiriblər”
baqdadi1İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadi Almaniya vətəndaşı olan qız ilə evlənib. RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə iraq telekanalı Əs-Sumariyyə məlumat yayıb.
“Əl-Bağdadi bu yaxınlarda Suriyadan keçməklə Avropadan İraqa gəlmiş Almaniya vətəndaşı olan gənc xanımla həftənin ikinci günü nikah bağlayıb. Nikah mərasimi Mosul məhkəməsinin dəftərxanasında yüksək məxfilik şəraitində və təhlükəsizlik tədbirləri görülməklə keçirilib”,- məlumatda deyilir