ŞOK! “Azercell”in baş gicəlləndirən korrupsiyası

3-04-2015, 00:36   
ŞOK! “Azercell”in baş gicəlləndirən korrupsiyası

Azercell”in dillerləri “TeliaSonera” şirkətinin rəhbəri cənab Yohan Dennelində müraciət etdilər; Vahid Mürsəliyev və Georgios Chatzis kimlərin çiynində qərar tutub?
rr2014-cü ildə Azərbaycan mətbuatında “TeliaSonera” şirkətlər qrupunun və onun ölkəmizdə törəməsi olan “Azercell”in fəaliyyəti barədə xeyli yazılar dərc olundu. Yazılanlardan məlum olurdi ki, Azərbaycanın ən iri mobil rabitə operatoru, İsveç telekommunikasiya nəhəngi “TeliaSonera”nın törəmə şirkəti olan “Azercell”də aparılan yoxlamalar şok korrupsiya və maxinasiya faktlarını üzə çıxarıb.
Bu məsələyə keçməzdən öncə onu qeyd edək ki,“TeliaSonera” şirkətin dünyanın mobil rabitə sektorunda ən iri vergi ödəyicilərindən biridir. Ancaq buna baxmayaraq şirkətin adı dünya mətbuatında çox çirkli oyunlarda hallanır. Məsələn, dünya mətbuatı “TeliaSonera” şirkəti ilə Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın birgə xoşagəlməz əməllərindən yazır. Hətta o da qeyd olunur ki, “TeliaSonera” Özbəkistan bazarına daxil olmaq üçün 2008-ci ildə 3 g sistemini tətbiq etmək üçün 320 milyon dollar verib.
Bütün bunlardan sonra görək törəmə şirkət olan “Azercell”də nələr baş verir.
Əlbəttə, ötən il ölkə mətbuatında “Azercell” şirkəti ilə bağlı yazılan korrupsiya və rüşvət faktlarını yenidən sadalamağa, işdən uzaqlaşdırılan şəxslərinin adını hallandırmağa ehtiyac görmürük. Çünki redaksiyamıza yeni faktlar daxil olub.johan1-300x199
Məlumdur ki, bir çox maxinasiyalarda adı hallanan Azercell Telekom MMC-nin prezidenti vəzifəsini icra edən Kiril Qaburiç vəzifəsi ilə vidalaşdı. Və onun vəzifəsi müvəqqəti olaraq Azercell Telekom-un Hüquq Departamentinin rəhbəri Vahid Mürsəliyevə tapşırıldı.
Serhed.info-nun redaksiyasına daxil olan yeni məlumat da məhz Vahid Mürsəliyevin fəaliyyəti ilə bağlıdır. Belə ki, Vahid Mürsəliyev yeni vəzifəyə təyin olunandan sonra Azecell şirkəti tərəfindən belə demək mümkündürsə, talehin ixtiyarına buraxılmış Azercelin 5 alt distributeri, 6 xidmət təminatçısı və 400 diller mağazası mətbuat vasitəsi ilə TeliaSonera şirkətinə müraciət etmək məcburiyyətində qalıblar. Müraciət də deyilir: “Biz 20 ilə yaxındır Azercell şirkəti ilə əməkdaşlıq edirik. Ancaq buna baxmayaraq bir neçə gün öncə Azercelin yeni baş direktoru Vahid Mürsəliyev bizimlə görüşərək bildirdi ki, son vaxtlar şirkətin qazancı aşağı düşdüyü üçün alt distribüterlərə və dillerlərə verdiyimiz maddi və reklam dəstəyinin 90 faizini azaltmaq məcburiyətində qalmışıq. Düzdür biz yeni baş direktorun dedikləri ilə razılaşmadıq. Hətta sonradan məlum oldu ki, bizə deyilənlər Azercell-in üst distribüterlərinə heç bir aidiyyatı yoxdur. Yəni şirkətin az qazancı yalnız bizlərə aiddir. Üst distributerlər olan Akhundoff, İnteqral və ABC şirkətləri yenə də köhnə qayda ilə qaz vurub qazan doldururlar. Hətta yeni baş direktor bizimlə sonuncu görüşündə açıq-aşkar bildirdi ki, ABC şirkətinin sahibi Elnur Məmmədov onun yaxın dostudur. Olsun, lap yaxşı. Bizim problemimiz direktorun kiminlə dost olması deyil, daha ciddi problemdir.
Yəni bu gün Azercell şirkəti danışıq kartları və nömrələrin satışını üç monopolist şirkətin arasında bölüb. Bunlar üst distribüter olan Akhundoff, ABC və İnteqral şirkətləridi. Yəni bu üç şirkət alt distribüterlərdən, xidmət təminatçılarından və diller mağazalarından aldıqları miliyonlarla pula Azercelin nömrə və danışıq kartlarını satırlar. Bir sözlə, Azercell şirkəti ilə bizim aramızda vasitəçilik edib, monopolist rolunu oynayaraq miliyonlarla pul qazanırlar. Mexanizm belədir: Azercell şirkəti nömrələri bu üç şirkətə satır. Azercell şirkətində 10 min ədəd nömrənin maya dəyəri 41 min manat təşkil edir. Ancaq monopolist olan bu 3 şirkət həmin nömrələri alt distribüterlərə və yaxud da dillerlərə 200 min manata satırlar. Biz həm də bu gün 050 seriya ilə satışda olan nömrələri də təqdim edə bilərik. 400 00 00-dan 400 99 99- can olan 10 min ədəd nömrənin monopolist şirkəti tərəfindən satılan qiyməti 200 min manatdır. Yəni bu şirkətlər heç nə etmədən hər nömrə seriyasından 160 min manat qazanc əldə edirlər. Biz hətta iki ay öncə monopolist adlanan bu üç şirkət üçün, keçmiş direktor Kiril Qaburiç tərəfindən keçirilən korrupsiya kompaniyası nəticəsində satışa çıxarılan nömrələrin siyahısın təqdim edə bilərik. Qeyd edək ki, bu seriyalar uzun illərdir şirkət tərəfindən satışa çıxarılmırdı. Ancaq bu gün fakt olaraq satışda olan digər seriyaları da təqdim edə bilərik. 500 00 00-dan 500 99 99- can və beləcə davam edir: 600 00 00 , 700 00 00, 800 00 00 , 900 00 00. Bu şirkətlər heç nədən qısa müddətdə bu kompaniyadan 1 milyon miqdarda pul qazanıblar.kirill_gaburich_221113-300x224
Bundan başqa Azercell şirkəti hər ay 25 miliyon manat dəyərində danışıq kartlarını satışa çıxarır. Həmin kartların 2 faizi üst distribüter (monopolist) olan şirkətlərin qazancıdır. Əlbəttə ki, həmin qazanc da alt distribüterlərə və dillerlərə verilən kartlardan əldə olunur. Apardığımız hesablamalara görə bu qazanc ayda 500 min manat edir. Bu qazancı iqtisadi qanunla və üç (monopolist) şirkətin hansı zəhmətinə görə izah etmək olar?
Ən sonda isə tək nömrələr də satışa çıxarılır. Qiyməti 70 – 80 və 100 min manat dəyərində satılan nömrələr. 050 seriya ilə, 400 00 00, 444 44 44, 500 00 00, 555 55 55, 600 00 00, 666 66 66, 700 00 00, 777 77 77, 800 00 00, 888 88 88, 900 00 00, 999 99 99 .
Üst distrbüterlər bu müftə qazancdan nələr əldə etməyiblər? Akhundoff şirkəti, Azercell şirkətinin kartlarını və nömrələrini çap edən böyük tipoqrafiyaya ( mətbəə ), ABC şirkəti Kontakt Home dükanlar şəbəkəsinə və İnteqral şirkəti isə İnteqral telefon mağazalar şəbəkəsi, Kafe Siti və şirniyat mağazalar şəbəkəsinə sahib olub.Vahid-Murseliyev-300x289
“Azercell” şirkətinin alt distribüterlərinin, dillerlərinin müraciəti sonda “TeliaSonera” şirkətlər qrupunun rəhbəri cənab Yohan Dennelində ünvanlanır:
“Cənab Yohan! Bu müraciəti Sizə unvanlanmaqda məqsədimiz odur ki, “Azercell” şirkətinin üst distribüterlərinin əməlləri uzun illərdi ki, sağlam rəqabət mühitinə imkan vermir, monopoliya yaradır ki, bu da sonda şirkəti iflic edir. Hazırki krizis dövründə bu, şirkət üçün çox təhlükəlidir və sonda şirkəti və dillerləri məhvə aparır. Sizdən xahiş edirik ki, bütün bunları nəzərə alaraq “Azercell” şirkətinin normal fəaliyyət göstərməsi üçün lazımi tədbirlər görəsiniz”.
Redaksiyadan: Çox maraqlıdır ki, görəsən Azercell şirkəti və onun yeni direktoru Vahid Mürsəliyev bu üç (monopolist) şirkətin iştirakı olmadan öz işini birbaşa dillerlərlə niyə qurmaq istəmir? Ortada hansı ciddi səbəb var?
Son söz: Akhundoff şirkətinin baş direktoru ( Telman Axundov ), ABC şirkətinin direktoru ( Elnur Məmmədov ), İnteqral şirkətinin direktoru (Oqtay Qurbanov) Azerccel-in yeni direktoru Vahid Mürsəliyevə və Azercell-in satış və marketinq departamentinin müdiri Georgios Chatzisə anladıblar ki, siz ancaq bizim çiyinlərimizdə vəzifədə qala bilərsiniz, əks təqdirdə sizi…(serhed.info) Bu və digər məsələlərlə bağlı növbəti yazıda…
Qeyd olunanlarla bağlı məqalədə adları çəkilən şəxslərin mövqelərini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.