Türkiyəni kim çalxalayır?

3-04-2015, 10:23   
Türkiyəni kim çalxalayır?
Son günlər qardaş ölkədə bir-birinin ardınca baş verən terror aktları təsadüfdirmi?

Vəfa Quluzadə: «Həmişə Türkiyəni daxildən qarışdırmaqda maraqlı qüvvələr olub»

Son günlər Türkiyə çalxalanmaqda davam edir. Martın 31-də Istanbul Prokurorluğunda terrorçular tərəfindən girov götürülən prokuror Mehmet Səlim Kiraz aprelin 1-nə keçən gecə xəstəxanada dünyasını dəyişib. Bundan başqa bir neçə gün AKP-nin əyalətdə yerləşən partiya qərargahına edilən hücum da bir sıra suallar doğurur.
Daha bir hadisə ölkənin iri şəhərlərində elektrik enerjisinin qəfil kəsilməsi baş verənlərin fonunda təsadüfi qiymətləndirilir. Bu sayda fors-major olayların qısa zaman kəsiminə təsadüf etməsi heç şübhəsiz birmənalı dəyərləndirilmir.
Ona görə sual edilir. Türkiyəni qarışdıran qüvvələr kimdir? Atılan addımların arxasında hansı səbəblər dayanır.
Türkiyənin qəliz və hazırda gərginliyin hökm sürdüyü regionda yerləşdiyini deyən politoloq Vəfa Quluzadə hesab edir ki, Türkiyədə baş verənlər təhlil edilərkən bu məqamlar nəzərə alınmalıdır. Türkiyənin qonşuluğunda bir neçə aktiv müharibə ocağının olduğunu deyən V.Quluzadə bildirdi ki, Suriyada Islamçı qüvvələrin savaşı, hazırda Yəməndə baş verənlər Türkiyəyə də təsirsiz ötüşmür: “Bütün sadalanların üzərinə Türkiyənin sərhəddində IŞID-in mövcudluğunu və kürd problemini də əlavə etmək lazımdır. Türkiyənin problemi bir deyil iki deyil. Ona görə həmişə Türkiyəni daxildən qarışdırmaqda maraqlı qüvvələr olub. Hazırda Türkiyədə vəziyyəti qarışdırmaq daha asandır. Çünki Türkiyənin sərhədlərində böyük müharibələr gedir. Türkiyədə hər cür terror hadisəsi törətmək olar. Amma ən əsası odur ki, bu hadisələr Türkiyənin daxilindən deyil, xaricindən qaynaqlansın. Türkiyədə bir müddət ”Gəzi parkı" olayları və bir sıra başqa mühüm siyasi aksiyalar baş verdi. Türkiyə cəmiyyəti bu cür olaylara artıq öyrəşib".
Türkiyəni konkret olaraq hansı qüvvələrin qarışdırmağa çalışmasına gəlincə isə V.Quluzadə bildirdi ki, Türkiyənin yerləşdiyi region olduqca mürəkkəbdir. Konkret adlar çəkmək çətindir. Amma Türkiyəni qarışdırmaq istəyən qüvvələr sırasında Iranı, Rusiyanı, Səudiyyə Ərəbistanını göstərmək olar. “Rusiya Türkiyədən narazıdır. Çünki Türkiyə Ukraynaya dəstək verir, Türkiyə bir NATO ölkəsi kimi Rusiyanın Qara dənizdəki maraqlarına birbaşa təhlükədir. Səudiyyə Ərəbistanı və Iran isə Türkiyə ilə regionda rəqabət aparır”, deyə V.Quluzadə bildirdi.
Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar