AKP binasına hücumla bağlı şok yenilik

3-04-2015, 11:11   

Türkiyə məhkəməsi AKP-nin binasına hücum edən şəxsin ifadəsini almadan onu ruhi xəstəxanaya yerləşdirib.

Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəməyə gətirilən 23 yaşlı Umutcan Tosun terror törətdiyini etiraf edib. Cinayətkara istintaq çərçivəsində 5 ayrı cinayət işi açılıb.

Maraqlısı isə dünən ifadəsi alınmayan şübhəli məhkəmə tərəfindən Ərənköy ruhi dispanserinə göndərilib. Məhkəmənin bu qərarı bəzi şübhələrə yol açıb.

Xatırladaq ki, oktyabrın 24-də axşam saatlarında naməlum silahlı şəxslər Türkiyədə AKP-nin binasına hücum etmişdilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar