Milli Məclisdə mübahisə düşdü

3-04-2015, 13:44   
Milli Məclisdə mübahisə düşdü
“Milli koordinator burda çıxış etdi. Bizim bəlkə ona bir neçə dəyərli təklifimiz var idi. Bizə təkliflərimizi verməyə imkan yaratmırsız”.

Bunu millət vəkili Fazil Mustafa parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

Deputatın bu sözlərinə I vitse-spiker Ziyafət Əsgərov sərt reaksiya verib. O bildirib ki, deputatlara müraciət olunub, ancaq müraciət edilməyib: “Niyə çıxış etmədiniz? Mən sizin əlinizi də, səsinizi də görmədim. Torba atmaq lazım gələndə müraciət edirsiniz, ancaq belə məsələrdə təkid etmirsiniz”.

Daha sonra çıxışına davam edən F.Mustafa bildirib ki, deputatlara bu qədər sayğısız yanaşmaq olmaz: “Biz sizin müzakirələr üçün 5 dəqiqəlik vaxtın verilməsi fikrinizlə razılaşdıq. Bəs biz bura dinləmək üçün gəlmişiksə, onda sakitcə dinləyək, səsimizi verək, çıxaq gedək. Mənim insan alveri ilə bağlı çox ciddi təkliflərim var idi. Burada söhbət kimisə tənqid etməkdən getmir. Müzakirəyə yazılan deputatlara imkan yaradın. Ya da bütün hesabatları və bu barədə məlumatları birləşdirərək bir iclasda verək getsin. Belə məclismi olar? Heç olmasa deputatların rəyini də soruşun”.

Z.Əsgərov deputatın fikirlərinə bir daha münasibət bildirib. O, qeyd edib ki, F.Mustafanın irad bildirməyə tam hüququ var, amma çıxışında heç bir məntiq yoxdur.

“Mən deputatlara müraciət etdim ki, təkid edən varmı. Təkcə Elmira Axundova təkid etdi və çıxış etdi. Digər müzakirəyə yazılanlar çıxışdan imtina etdi. Bu, nə deməkdir? Mətbuat burada oturub deyən populistlik lazım deyil. Mən dəfələrlə müraciət etdim ki, kimin təklifi varsa desin” - deyə Z.Əsgərov bildirib (ANS PRESS).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar