“Rus hərbçi və kəşfiyyatçıları amerikalı həmkarlarına ölkə prezidenti Vladimir Putinin martda 11 gün ərzində həqiqətən xəstə olduğunu deyiblər”.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı İngiltərənin “Tayms” qəzeti yayıb.
Qəzetin informasiyasına görə, bu məlumatı təqaüddə olan ABŞ generalları əldə edib:
“Putin həqiqətən xəstələnmişdi və martın əvvəlində mediadan yox olması da bununla izah edilirdi. Ruslar bu dövrdə Putinin zəifliyini qəbul etmədiklərini göstərmiş oldular”.
Xatırladaq ki, Putin martın 5-dən 16-na kimi ictimaiyyət arasında görünməyib