Türkiyədə yeni terror həyəcanı

3-04-2015, 20:29   
Türkiyədə yeni terror həyəcanı
Türkiyədə növbəti dəfə terror həyəcanı yaşanır.

ANS PRESS-in məlumatına görə, Hatay vilayətinin Reyhanlı mahalında park edilmiş avtomobilə bomba qoyulması barədə polisə məlumat daxil olan kimi ərazidən insanlar təxliyyə edilib.

Həmin maşın Suriya dövlət nömrə nişanlı olduğundan ərazidə ciddi təhlükəsizlik tədbirləri görülüb. Bomba qoyulduğu ehtimal olunan avtomobilin saxlanıldığı küçədə hərəkət məhdudlaşdırlıb.

Qeyd edək ki, Hatayda bir ay əvvəldə Suriyadan gələn avtomobilə bomba qoyulması barədə polisə məlumat daxil olub.

2013-cü ildə Azad Suriya Ordusunun komandirlərindən olan Yusuf əl Həsənin avtomobilinin altına qoyulan bombalar robotlar vasitəsi ilə məhv edilmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar