SSRİ-nin qanuni oğruları... - Fotolar

3-04-2015, 21:06   
SSRİ-nin qanuni oğruları... - Fotolar
SSRİ-də qanuni oğrular sovet hakimiyyətinin ilk onilliyində peyda oldular. Əvvəlcə onların mövcudluğuna haqq qazandırıldı, sonra isə hakimiyyət oğrularla haqq-hesab çürütməyə başladı və onları bir-birilərinə qarşı qoydu…

Sivil.az-ın məlumatına görə, I Pyortrun islahatları dövründən başlayaraq, Rusiyada cinayət aləmi getdikcə daha çox nüfuz qazandı.

XIX əsrin sonlarına yaxın oğru aləmində kasta sistemi artıq formalaşmışdı. İnqilab və vətəndaş müharibəsi burada kardinal dəyişikliklərin aparılması ilə nəticələndi.

Qanuni oğrulardan bəziləri bolşevizmə meyllənirdi. Qırmızılara kömək etməklə onlar nifrət duyduqları çar rejimindən qisas alırdılar. Sovet hərbi və siyasi xadimi Georgi Kotovski də canilər arasından çıxmışdı, əfsanəvi oğru Mişka Yaponçik isə hətta Qırmızı Ordu komandiri olmuşdu. Stalinin də kriminal aləmlə münasibətlərinin olması bəllidir.

Vətəndaş müharibəsindən sonra cinayətkar keçmişi olan bir çox qırmızı komandirlər vərdişlərindən ayrıla bilmirdilər. Yeni hakimiyyətə isə artıq belə ünsürlər lazım deyildi. Bu səbəbdən, "təmizlənmələr" başladı. O zaman oğru dünyası anladı ki, siyasi oyunlar oynamaq oğurluq etməkdən daha təhlükəlidir.

Oğru anlayışları kodeksi ötən əsrdə, 20-ci illərin sonu - 30-cu illərin əvvəllərində formalaşmağa başladı. Buna yardım edən bir neçə amil oldu.

Əvvəla, buğda qiymətləri endi və meşə ikinci ixrac xammalına çevrildi. Buğdadan fərqli olaraq, onu toplamaq yox, baltalamaq lazım idi. Bu, QULAQ-ın yaranma səbəblərindən biri idi.

İkincisi faktor cinayətkarlığın artmasını stimullaşdıran kollektivləşmə oldu. Bu iki amilin bir-birini tamamlaması nəticəsində ölkədə qəribə bir vəziyyət yarandı. Situasiyanı qara yumorla belə ifadə edirdilər: "Əhalinin yarısı türmədədir, o biri yarısı onları mühafizə edir". Həbsə atılan adamların çoxluğu və onların uzunmüddətli cəza almaları sayəsində bu düşərgə ayrıca quruma çevrildi. Artıq onun təkcə xaricdən yox, həm də daxildən idarə olunmağa ehtiyacı vardı. Oğrular həbsxanaların daxili hakimiyyətinə çevrildilər.

"Zon kralları"

Səciyyəvidir ki, oğru cəmiyyəti sisteminin özü başından bəri partiya hakimiyyəti quruluşunun birbaşa kalkası idi. "Nümayəndələr" və "katiblər"i oğru toplantılarında - "sxodka"da seçilirdi. Yeni üzvlərin qəbulu üçün isə "köhnələr" zamin durmalı idilər. Nizam-intizam və oğru qanunları ciddi şəkildə gözlənilirdi: ailə qurmaq, işləmək, var-dövlət yığmaq (hər şey "obşak"a verilirdi), rəsmi yaşayış yerinə sahib olmaq qadağan idi.

Varlam Şalamovun da "Cinayət aləminin oçerkləri" əsərində yazdığı kimi, "oğru oğurlamalı, içməli, gəzməli, əxlaqsızlıq etməli, qumar oynamalı, "yad"ları aldatmalı, azadlıqda və ya həbsdə olarkən işləməməli, xəyanətkarları ("regenat") məhv etməli, "qaranlıq dünyanın" mühüm məsələlərinin həll olunduğu oğru mühakimələrində ("pravilka") iştirak etməli idi".

Oğrular bütün ölkənin krallarına çevrilmişdilər. Qanuna görə onlara qurumlarla əməkdaşlıq etmək yasaq olsa da, onlar "zon"da baş verən bütün proseslərə nəzarət edirdilər. Bu, özünüidarə sistemi hökumətə də sərf edirdi.

Şalamov yazırdı: "Rəhbərlik oğrularla hesablaşır. "Blatnoy"larhər kəsin həyatının yiyəsidirlər. Kiminsə ölümünə də onlar fərman verir. Onların qarnı həmişə toxdur, başqaları ac qaldığı vaxtlarda belə onlar "qazanmağın" yollarını bilirlər. Oğru işləmir, hətta həbs düşərgəsində də əyyaşlıq edir, kənd uşağı isə bütün günü heyvan kimi işləməlidir. Onu işlədən də elə oğrulardır".

Oğrular və müharibə

Müharibə zamanı oğruların bir qismi "islah olundu" və xidmətə yollandı. Siyasi məhbusları cərimə batalyonlarına götürmürdülər, amma kriminal "yüngül" cinayətlərə görə tutulan təmsilçiləri günahlarını belə batolyonlarda "qanları ilə yuya bilərdilər".

Onlar xüsusi vətənpərvərlikləri ilə seçilmirdilər, əksəriyyəti fərarilik, soyğunçuluq və oğruluq edirdi.

1942-ci ildə, müharibənin ən qızmar çağında Moskvanın Tişinski bazarında oğruların kütləvi saxlanılması halı ("oblava") da olmuşdu. Faşist təhlükəsi ilə üzləşən ölkə həm də daxili düşmənlər - oğrularla mübarizə aparmağa məcbur idi.

1952-ci ildə Pavlenko bandasının ələ keçməsi böyük rezonans doğurdu. 1941-ci ildə Pavlenko fərarilik etdi. O, dostlarının köməyi ilə dəstə toplayıb, hərbi tikinti işləri adı altında talançılıq edir və bu zaman bəzən silahın köməyindən də yararlanırdı.

Təşkilatın özəyini canilər təşkil edirdi. Pavlenko onlara hərbi forma geydirib, saxta adlar və medallar verdirirdi. Özü də bu yolla "polkovnik" olmuşdu. Tutulanda onun çiyinlərində general poqonları vardı.

Daxili çəkişmələr

Müharibədən sonra cəbhədə döyüşən oğrular həbs düşərgələrinə qayıtdılar. "Zon" onları qəbul etmirdi, "köhnə oğrular" isə "yeniləri" dövlətə işlədikləri üçün xəyanətkar ("suka") hesab edirdilər. Oğru qanunlarına görə, "rəisin" tapşırığı ilə kimisə döyürdülərsə, bu da xəyanət idi.

Xidmətdən qayıdan "blatnoylar" bilirdilər ki, onları qəbul etməyəcəklər. 1948-ci ildə Vanino limanında "yeni qanun" elan olundu. Əsl qanlı və uzunmüddətli müharibə başladı, bütün silahlar Kolımada toplanırdı.

Oğru dünyası teatrallığı sevir. "Yeni qanun" tərəfdarları ayin də düşündülər - bıçaq öpmək. Bıçağı öpən şəxs oğru dünyasındakı bütün hüquqlarından məhrum olurdu və ömürlük "suka" elan edilirdi. Etiraz edənləri amansızlıqla döyür, metal qapıların arasında əzir və öldürürdülər.

Xəyanətkarlara qarşı müharibənin gedişində "üçüncü cəbhə" də yarandı. Bunlar "bespredelşik"lər idi. Onlar həm köhnə oğrulara, həm də "xəyanətkarlar"a nifrət edirdilər.

Bu müharubələr oğru cəmiyyətini parçaladı. Hakimiyyət də onların arasındakı ixtilaflardan öz xeyrinə istifadə etdi.

Ağ qu quşu

Hakimiyyətin təşəbbüsü ilə oğru dünyasının parçalanması və qanuni oğruların məhv edilməsi üçün "blatnoylar" üçün ayrıca həbsxana açıldı. "Belıy lebed" adlanan bu təcridxana hələ 1938-ci ildə tikilmişdi, 1955-ci ilədək orada adi canilərlə yanaşı siyasi məhbusları da saxlayırdılar. Sonradan siyasi məhbuslar Mordoviyada yerləşən koloniyaya köçürüldü, "Belıy lebed" isə "vor-zakon"ların məskəni oldu.

Amma oğrular "içəridə" işləməkdən boyun qaçırırdılar və bu səbəbdən təcridxanada tez-tez qiyamlar baş veridi. Əlbəttə, onları amansızlıqla yatırırdılar.

1980-ci ildə orada kamera tipli vahid təcridxana yaratdılar. Bu, qanuni oğrulara qarşı çox səmərəli mübarizə üsulu idi.

Bu müəssisə bütün növ oğrular arasında sözün mənfi mənasında məşhurlaşdı. Bütün ölkədən olan residivistləri (4500 nəfərə yaxın ) ora göndərirdilər. "Belıy lebed"də 130 qanuni oğru "taca layiq görülmüşdü".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.