Lukaşenko ABŞ-ı dünyada yeganə diktator sayır

3-04-2015, 22:32   
Lukaşenko ABŞ-ı dünyada yeganə diktator sayır
Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-ı "yeganə dünya diktatoru" adlandırıb. Musavat.com xəbər verir ki, o, bu barədə "Bloomberg" müsahibəsində deyib. Belarusun dövlət televiziyası müsahibənin videosunu yayıb.

"Bu gün dünyada ABŞ-dan başqa diktator yoxdur", - Lukaşenko bildirib.

Belarus prezidenti Rusiya prezidenti Vladimir Putinin diktator olub-olmaması ilə bağlı sualı belə cavablandırıb: "Sizin ölçülərlə yanaşsaq, onun ABŞ diktaturasına çatmasına hələ çox var. Rusiya ABŞ-dan xeyli zəifdir. Ona görə də ABŞ-dan daha kiçik diktatordur".

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar