Rusiyanın ilk dəfə "Bumeranq" markal zirehli texnikasının müasir variantı görüntülənib.
Axar.az xəbər verir ki, ilk dəfə 2013-cü ildə "Bumeranq" markalı zirehli texnikanın gizli nümayiş baş tutmuşdu. Daha sonra bu zirehli avtomobilin müasir versiyası üzərində iş aparılıb.
Müasir döyüş tankları olan "Armata", BMP , "Kurqanes-25" və BMP T-15-də olan xüsusiyyətlər "Bumeranq"da da cəmləşdirilib. Ancaq bu texnikanın digərlərindən fərqi ondan ibarətdir ki, üzərində olan döyüş sursatlarını gizlədə bilir.
Qeyd edək ki, bəzi mətbuat orqanları "Bumeranq"ın 9 mayda nümayişinin baş tutmayacağını iddia ediblər. Belə ki, bu zirehli texnikada bəzi texniki problemlərin olduğu bildirilir.