“Ballistik raketlərin yayılması NATO ölkələrinə qarşı təhdidləri böyüdür”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə NATO sözçüsü Oana Lungesku çıxış edib. O, İranla nüvə razılaşmasının əldə olunmasına baxmayaraq, Avropada raketdən müdafiə sistemi yaratmaq barədə işləri davam etdirəcəklərini deyib:
“Ballistik raketlərin yayılması NATO ölkələrinə qarşı təhdidləri böyüdür. İran ilə əldə edilən çərçivə razılaşması bu həqiqəti dəyişdirmir”.
NATO sözçüsü raketdən müdafiə sisteminin əsas hədəfinin Rusiya olmadığını açıqlayıb.
Qeyd edək ki, ötən ilin dekabrında Rusiya Prezidenti Vladimir Putin mətbuata açıqlamasında Vaşinqtonun raketdən müdafiə sistemini Rusiya sərhədlərində quraşdırmaqla ölkəsinə təhdid meydana gətirdiyini bildirmişdi.