Amerikalı qadın prezident Barak Obamanın kortejinə görə bağlanan yolda tıxaca düşüb və maşında uşaq dünyaya gətirib.
Virtualaz.org saytı xəbər verir ki, hadisə Kentukki ştatının Luisvill şəhərində baş verib. Yerli vaxtla saat 17:15-də təcili yardım xidmətinə doğuşa hazırlaşan hamilə qadın haqda siqnal daxil olub, lakin küçələr Obamanın gəlişinə görə bağlandığı üçün tibb işçiləri onun köməyinə çata bilməyib.
Hamilə qadını xəstəxanaya aparan maşın isə tıxaca düşüb. Təsadüfdən həmin vaxt yaxınlıqda tıxaca düşən tibb bacısı olub və o, doğuşu qəbul edib. Hər şey yaxşı keçib və maşında doğulan oğlan uşağı və anası yollar açılandan sonra xəstəxanaya aparılıb.
Virtualaz.org