Bakıda qadınları fahişəliyə cəlb edərək cinsi istismara məruz qoyan daha bir şəxsin kimliyi aşkarlanıb.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kəmalə Anufriyeva adlı qadının gəlir əldə etmək məqsədi ilə həmcinslərini Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib.
Kəmalə Anufriyeva Bakı şəhər sakinidir.
Faktla bağlı cinayət işi başlanmışdır. İstintaq aparılır.
Mənbə
ANS PRESS