Bu il fevralın 27-də axşam saatlarında Moskvanın mərkəzində qətlə yetirilən müxalifətyönümlü siyasətçi, prezident Vladimir Putinin sərt tənqidçisi kimi tanınan Boris Nemtsovun ailəsinin vəkili Vadim Proxorov maraqlı açıqlamalar verib.
ANS PRESS-in məlumatına görə, o bildirib ki, Rusiyanın istintaq orqanları siyasətçinin 4 uşağını zərərçəkən qismində tanıyıb.
Onun sözlərinə görə, mərhumun qızı Janna Nemtsovanın hüquqlarını daha bir vəkil müdafiə edəcək.
V.Proxorov deyib ki, qətlin sifarişçiləri apardıqları piar kampaniyası ilə işi dağıtmağa çalışırlar.
Xatırladaq ki, B.Nemtsovun qətlində şübhəli bilinən çeçen əsilli 5 nəfər tutulub. Onlardan biri Zaur Dadayev istintaqda qətli törətdiyini söyləsə də, məhkəmədə bu ifadəni təzyiq altda verdiyini bildirib.
Mənbə
ANS PRESS