Xarici məşhurların Bakıda çəkdirdikləri kliplər- Videolar
5-04-2015, 12:34
Qafqazın ən gözlə şəhərlərindən sayıılan Bakı öz müasirliyi, eyni vaxtda tarixi-memarlıq nümunlərinin zəngilniyi ilə daim kliplər üçün gözlə fon axtaran musiqüçilərin, kinomatorafçıların diqqətini cəlb edib. Bu mənada dünyanın, əsasən də Rusiya və Türkiyə şou-biznesinin məşhurları öz musiqili klipləri üçün Bakını əsas çəkiliş meydanına çeviriblər.
“Qafqazinfo” modern.az-a istinadən Bakıda çəkilən əcnəbi klipləri təqdim edir:
Sati Kazanova və Arsenim - “Do rassveta”
2014-cü il aprelin sonlarında Rusiya estradasının ulduzu, “Fabrika” qrupunun keçmiş üzvü Sati Kazanova Avropada da böyük populyarlıq qazanmış moldovan əsilli “Arsenium”la ortaq duaetləri olan “Do rassveta” klipinin çəkilişləri üçün Bakıda olmuşdular. Klip Bakının əksər məkanlarında, İçərişəhərdə, Dağüstü parkda, Xəzər dənizində və “Sea Breeze” mehmanxanasında çəkilmişdi. Rejissorlar Taras Qolubkov və Pavel Kildaunun mahnıya çəkdikləri klip tamaşaçıların da xoşuna gəlib. “Do rassveta” klipinə yalnız Youtube portalındakı baxış sayı 15 milyonu keçib. Sözsüz ki, klipin uğurlu alınmasında çəkiliş məkanının - Bakinin önəmli rolu var.