Londonda İslam əleyhinə aksiya keçirildi - (Video)

5-04-2015, 17:47   
Londonda İslam əleyhinə aksiya keçirildi - (Video)
Pegida anti-İslam hərəkatı Londonda ilk yürüşünü keçirib.

Pegida (Avropa vətənpərvərləri Qərbin islamlaşmasına qarşı) hərəkatı Almaniyada yaradılsa da başqa Avropa ölkələrinə də şaxələnir.

“İndependent” qəzeti yazır ki, yürüşün məqsədi “müsəlmanların Avropa Birliyi ölkələrinə axınının və radikal İslamın necə böyük təhlükə olduğuna diqqət çəkmək"dir.

Almaniyada olduğu kimi Londonda Pegida ilə eyni gündə UAF anti-irqçi hərəkatı da aksiya keçirib və Pegidanı iştirakçı sayına görə üstələyib.

Toqquşmalara imkan verməmək üçün London polisi tərəflər arasında canlı sədd yaradıb.

Bundan əvvəl Pegida Nyukaslda da aksiya keçirmiş və aksiyaya 400 nəfər qatılmışdı. Pegida İspaniyada da aksiyalar keçirməyə çalışır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar