Pasxa bayramı ilə bağlı çıxışında Roma papası Francis dünyanın 6 güc dövlətinin İranla əldə etdiyi çərçivə sazişini alqışlayıb.
Tehranın mübahisəli nüvə proqramının dinc məqsədlərə yönəlməsi müqabilində İrana qarşı sanksiyaların qaldırılmasını nəzərdə tutan saziş, Papanın fikrincə, dünyada əmin-amanlığa töhfə verəcək.
Papa Keniyada tələbə yataqxanasına hücumu və Liviyadakı zorakılıqları da pisləyib.