“Biz ərəb ölkələrindəki müttəfiqlərimiz ilə təhlükəsizliklə bağlı sərt söhbət aparacağıq”.
Axar.az xəbər verir ki, bu sözləri “Nyu York Tayms” qəzetinə müsahibəsində Barak Obama söyləyib.
Onun sözlərinə görə, ABŞ hər zaman ərəb ölkələrinə xarici təhlükələrə qarşı yardım etməyə hazırdır.
Qeyd edək ki, Amerika prezidenti yaxın zamanlarda Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Qətər, Oman və Bəhreyn rəhbərləri ilə görüşmək niyyətindədir.