ABŞ-ın nüvə silahlarına asılılığını azaldacaq "Prompt Global Strike" (Sürətli Qlobal Zərbə) sistemi Rusiyada narahatlığa səbəb olmaqdadır.
Axar.az məlumat verir ki, bu sözləri Rusiya Hava-Kosmik Müdafiə Qüvvələrinin komandan müavini general-mayor Kiril Makarov Rossiya-24 televiziyasına müsahibəsi zamanı deyib.
Generalın fikrincə, hava və raket müdafiə sistemlərinin inkişaf etdirilməsində ən əhəmiyyətli faktor ABŞ-ın (PGS) proqramıdır.
Vaşinqtonun inkişaf etdirdiyi sistemin Rusiyanın hava və dəniz müdafiə sistemi üçün təhlükə yaratdığını deyən Makarov ABŞ-ın istənilən ölkəni 40-150 dəqiqəlik bir müddət ərzində vura biləcəyini bildirib:
“Rusiyada siyasi və hərbi rəhbərlik də bu inkişafın fərqindədir və bu sahəyə böyük diqqət verir. ABŞ 2020-ci ildə sistemin tam aktiv hala gəlməsi ilə 8 min Qanadlı raketə (cruise missile) sahib olacaq. Bu mərmilərdən 6 mini nüvə başlığı daşıma tutumuna sahib olacaq. Mövcud vəziyyətdə bu silahların Rusiyanı hədəf aldığını görürük. Biz də bu təhdidə cavab olaraq S-500 müdafiə sistemini inkişaf etdiririk. Biz S-500-ləri yalnız Moskva üçün düşünmürük. Sənaye bölgələri və digər şəhərlərdə də S-500-lər olacaq. Bu silahlar S-400-dən fərqli olaraq yalnız aerodinamik, ya da orta mənzilli raketləri təsirsiz hala gətirmir, eyni zamanda qitələrarası mərmiləri də məhv edə bilir”.
Bildirək ki, Rusiya S-500 müdafiə sistemini 2 il ərzində aktivkləşdirəcək.