I Avropa Oyunları öncəsi əfv olacaq

6-04-2015, 17:35   
Mərhum dövlət başçısı Heydər Əliyevin doğum günü və "Bakı 2015 I Avropa Oyunları" öncəsi amnistiya aktının imzalanacağı haqda müxtəlif məlumatlar yayılır.
I Avropa Oyunları öncəsi əfv olacaq
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov sayta açıqlamasında məlumatlara aydınlıq gətirib:

"Müəyyən vaxtlarda Azərbyacanda amnistiya olub. Amma sözügedən ərəfədə amnistiya gözlənilmir. Bunun üçün qanunvericilik təşəbbüsü də yoxdur”.

Deputat qeyd edib ki, hazırda növbəti əfvlə bağlı işlər gedir:

"Bildiyiniz kimi, ənənəvi olaraq bayramlar və xüsusi günlərdə cənab prezident İlham Əliyev əfv sərəncamı imzalayır. Çox güman ki, bu dəfə də əfv sərəncamı imzalanacaq”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da Modern.az-a açıqlamasında may ayında amnistiya yox, əfv sərəncamı gözlədiklərini bildirib.


Sonuncu dəfə Azərbaycan prezidenti İlham Əliyev bu il martın 18-də əfv sərəncamı imzalayıb. Sərəncam 101 məhkuma şamil olunub. Onlardan 90 nəfər həbsdən buraxılıb, 7 nəfərin cəriməsi bağışlanıb, 4 nəfər isə islah işlərindən azad olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar