Aprelin 6-da Türkiyədə məhkəmənin qərarı ilə Twitter və YouTube-yə çıxış bağlanıb.
Bu barədə oxu.az Reuters-ə istinadən xəbər verir.
Qeyd edək ki, Türkiyə Twitter və YouTube-ni hələ ötən ilin martında, seçkilər ərəfəsində bağlamışdı. Bu, o zaman baş nazir olan Rəcəb Tayyib Ərdoğanın ətrafındakı rüşvət faktını sübut edən səs yazısının yayılmasından sonra baş vermişdi. Qərar beynəlxalq ictimaiyyət tərəfindən böyük narazılıqla qarşılanmışdı.
Bir neçə türk qəzeti yazıb ki, bağlanma İstanbul prokurorurunun tapança lüləsi altında çəkilmiş fotolarının yayılmasından sonra baş verib.
Martın sonlarında türkiyəli radikallar İstanbulun prokuroru Səlim Kirezi ələ keçirərək öldürmüşdülər.